Əlcəzairin cənubunda etiraz aksiyalarında 18 nəfər yaralanıb
May 15, 2019 17:17 Asia/Baku
Əlcəzairin cənubunda hökumət əleyhinə etiraz aksiyaları zamanı polis qüvvələrinin güc tətbiq etməsi nəticəsində 18 nəfər yaralanıb.
Əl-Yəum qəzetinin yazdığına görə, Əlcəzairin Adrar vilayətinin Tinerkuk məntəqəsində işsizlik və sosial problemlər əleyhinə keçirilən etiraz aksiyası polisin müdaxiləsi ilə qarşıdurmaya səbəb olub.
Bu məlumata görə, çıxan qarşıdurma zamanı 14 polis əməkdaşı və 4 aksiya iştirakçısı yaralanıb.
Aksiya iştirakçıları yerli gənclərin elə bu məntəqədə yerləşən neft şirkətində işə götürülməməsinə etiraz olaraq, beton divar ilə şirkətin idarə binasının girişini bağlayıblar.