ABŞ polisinin Venesuela səfirliyinə hücum etməsinin ardınca Vaşinqtonda aksiya keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i340663-abŞ_polisinin_venesuela_səfirliyinə_hücum_etməsinin_ardınca_vaşinqtonda_aksiya_keçirilib
Yüzlərlə nəfər Vaşinqtonda ABŞ polisinin Venesuela səfirliyinə hücum etməsinə etiraz olaraq bu şəhərdə aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 19, 2019 15:15 Asia/Baku
  • ABŞ polisinin Venesuela səfirliyinə hücum etməsinin ardınca Vaşinqtonda aksiya keçirilib
    ABŞ polisinin Venesuela səfirliyinə hücum etməsinin ardınca Vaşinqtonda aksiya keçirilib

Yüzlərlə nəfər Vaşinqtonda ABŞ polisinin Venesuela səfirliyinə hücum etməsinə etiraz olaraq bu şəhərdə aksiya keçirib.

Sputnik-ini bildirdiyinə görə, aksiya iştirakçıları ABŞ  polisinin Venesuela səfirliyinə hücum etməsini və Venesuela prezidenti Nikolas Maduronun tərəfdarı olan 4 aktivistin həbs olunmasını tənqid ediblər.

Ağ Ev önündə aksiya keçirənlər ABŞ polisinin Venesuela səfirliyinə basqın etməsini diplomatiq qaydalara və beynəlxalq hüquq normalarına zidd adlandırıblar.

Aksiya iştirakçıları həmçinin deyiblər: ABŞ prezidenti Donald Tramp və Venesuela müxalifətinin l ideri Xuan Quaydo bilsin ki, biz mübarizədən əl çəkməyəcəyik.