İyun 02, 2019 21:57 Asia/Baku
  • ABŞ rəsmisi İraqda yüzlərlə mülkinin qırğın edilməsini etiraf edib
    ABŞ rəsmisi İraqda yüzlərlə mülkinin qırğın edilməsini etiraf edib

İraqa qarşı hərbi hücumda iştirak etmiş ABŞ konqresinin nümayəndəsi deyib ki, amerikalı qüvvələr 2004-cü ildə Fəllucə şəhərinə qarşı hücumda ehtimal üzrə yüzlərlə mülkini öldürüblər.

ABŞ konqresinin nümayəndəsi Dunkan Hanter İraqda hərbi cinayətdə ittiham olunan amerikalı qubernator Edvard Qallageri müdafiə edərək, deyib: Mən artilleriya üzrə məsul şəxs idim. Fəllucəyə yüzlərlə mərmi atdıq və ehtimal üzrə yüzlərlə, bəlkə də daha çox sivili öldürdük.

Qallager hazırda bir neçə ittiham, o sıradan İraqda bir yaralı yeniyetməni bıçaqlamaq, mülkilərə tərəf atəş açmaq və cəsədlərin kənarında şəkil çəkmək ittihamı ilə üzləşir.

Nyu-York Tayms qəzeti son zamanlar xəbər vermişdi ki, prezident Tramp ABŞ ordusundan ölənlərin anım günü mərasimində bu bir neçə hərbçinin ehtimal üzrə əfvinin elan olunması üçün idarə hazırlıqlarının həyata keçirilməsini istəyibdir.

Teqlər