İyul 04, 2019 14:15 Asia/Baku
  • Tunisdə terror hücumları amilinin kimliyi məlum olub
    Tunisdə terror hücumları amilinin kimliyi məlum olub

Tunisin daxili işlər nazirliyi bu ölkədə terror hücumlarının əsas amilinin kimliyini müəyyən edib.

Tunisin daxili işlər nazirliyi bir bəyanatda bildirib ki, bu ölkədəki son terror hücumlarının amili olan Ayman Əlsəmiri dünən öldürülübdür.

Tunisin daxili işlər nazirliyi xəbər verib ki, bu şəxs bu ölkədəki son iki terror hücumunun amili olubdur.

Tunis ötən cümə axşamı günü bir daha iki kamikadze partlayışının şahidi oldu. Birinci partlayış Şarl Duqoll küçəsindəki bir polis patrul dəstəsini hədəfə almışdı. Nəticədə bir təhlükəsizlik qüvvəsi ölmüş, beş nəfər, o cümlədən iki təhlükəsizlik qüvvəsi və üç mülki yaralanmışdı.

İkinci partlayış da Əlqərcani məntəqəsində, polisin terrorizmlə mübarizə idarəsini hədəfə alıbdır ki, nəticədə dörd nəfər yaralanıbdır.

Bundan öncə İŞİD terror qrupu bu iki partlayışın məsuliyyətini üzərinə götürmüşdü.

Teqlər