Boltonun anti-İran mövqeləri davam edir
Ağ Ev-in milli təhlükəsizlik müşaviri özünün İrana qarşı militarist mövqeləri və düşmənçilik siyasətlərinin davamında bir daha nüvə fəaliyyətlərindən əl çəkməsi üçün İrana təzyiqin göstərilməsini istəyibdir.
Ağ Ev-in milli təhlükəsizlik müşaviri Con Bolton bir twitt-də İrana qarşı militarist mövqeləri və iddialarını təkrar edərək, yazıb: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın nüvə fəaliyyətlərinin araşdırılması üçün iclas keçirəcək.
ABŞ rəsmiləri son günlər İranın zənginləşdirilmiş uran ehtiyatlarının artmasına reaksiyada nüvə anlaşması maddələrinə və beynəlxalq hüquq normalarına zidd olan bir ifadədə bildiriblər ki, İran heç bir səviyyədə uran zənginləşdirməsinə malik olmamalıdır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurası Amerikanın istəyinə əsasən, iyulun onunda İran barədə xüsusi iclas keçirəcəkdir.