Avq 13, 2019 11:31 Asia/Baku
  • Amerikada büdcə çatışmazlığı artıb
    Amerikada büdcə çatışmazlığı artıb

Amerika hökumətinin büdcə çatışmazlığı 867 milyard dollara çatıb.

"ABC Nyus" telekanalının məlumatına görə, Amerika hökumətinin büdcə çatışmazlığı cari maliyyə ilinin ilk on ayında 183 milyard dollar artaraq, 867 milyard dollara çatıbdır.

Vergi gəlirlərinə rəğmən, xərclərin ikiqat artması ilə Amerikanın xəzinədarlıq nazirliyi bildiribdir ki, iyul ayınadək cari maliyyə ilinin büdcə çatışmazlığı ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faizlik artımdan xəbər verir.

ABŞ konqresinin büdcə ofisi 2019-cu maliyyə ili üzrə büdcə çatışmazlığından nigarançılıq edərək, proqnoz edibdir ki, 2022-ci ilədək Amerikada büdcə çatışmazlığı bir trilyon dollardan yuxarıya çatacaqdır.

Teqlər