Rusiya ilk insanabənzər robotu kosmosa göndərib
https://azeri.sahartv.ir/news/dünya-i346996-rusiya_ilk_insanabənzər_robotu_kosmosa_göndərib
Rusiya Fyodor adlı ilk insanabənzər robotu pilotsuz "Soyuz" kosmik gəmisi ilə kosmosa göndərib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 22, 2019 15:12 Asia/Baku
  • Rusiya ilk insanabənzər robotu kosmosa göndərib

Rusiya Fyodor adlı ilk insanabənzər robotu pilotsuz "Soyuz" kosmik gəmisi ilə kosmosa göndərib.

Rusiyanın dövət kosmonavtika şirkəti- Roskosmos bu gün bu kosmik gəminin buraxılması barədə filmi yayaraq, bildirib: Fyodor adlı humanoidi aparan Soyuz kosmik gəmisi  bu gün səhər Baykonur-dakı Qaqarin platformasından kosmosa göndərilib və iki gündən sonra, yəni şənbə günü beynəlxalq kosmik stansiyaya qoşulmalıdır.

Bu, beynəlxalq kosmik stansiyada ilk rus humanoididir və qərar üzrə rus kosmonavtların nəzarəti altında 17 gün tapşırıq yerinə yetirməlidir.