Nyu-Yorkda İmam Hüseyn(ə) günü qeyd olunub
https://azeri.sahartv.ir/news/dünya-i348315-nyu_yorkda_İmam_hüseyn(ə)_günü_qeyd_olunub
Nyu-Yorkda dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn(ə)-ın şəhadətinin ildönümü günü ilə bağlı əzadarlıq mərasimi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2019 15:45 Asia/Baku
  • Nyu-Yorkda İmam Hüseyn(ə) günü qeyd olunub

Nyu-Yorkda dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn(ə)-ın şəhadətinin ildönümü günü ilə bağlı əzadarlıq mərasimi keçirilib.

Bu il də müsəlmanlar Hüseyn Aşurası ilə bir zamanda Nyu-Yorkun Manhetten küçələrində əzadarlıq edib, sinə vuraraq, Əba Əbdillah Əl-Husəyn(ə) bayrağını dalğalandırıblar.

Bu mərasimlərdə əzadarlıqla yanaşı, Əhli-Beyt(ə) məktəbinin təlimləri iştirakçılar üçün rəvayət edilib.

Aşura günü Amerikada, xüsusən Nyu-Yorkda İmam Hüseyn(ə) günü kimi qeyd olunur. Mərasimdə şiələr və Əhli-Beyt(ə) tərəfdarları iştirak edirlər.

Statistikalara əsasən, Amerikada azı iki milyon şiə yaşayır.