Okt 13, 2019 21:48 Asia/Baku
  • Amsterdamda 130 ətraf mühit fəalı həbs olunub
    Amsterdamda 130 ətraf mühit fəalı həbs olunub

Avropa ölkələrində ətraf mühit fəallarının etirazlarının genişlənməsinin ardınca Hollandiya polisi bu ölkənin paytaxtı Amsterdamda 130 ekologiya fəalını həbs edib.

Amsterdam şəhər polisi bir açıqlamada  130 ekologiya fəalının həbs olunmasını təsdiq edərək, bildirib ki, bu addım Hollandiya paytaxtının əsas körpüsünə gediş-gəliş yolunun açılması istiqamətində atılıbdır.

Ekologiya fəalları şəhər mərkəzində bir neçə bölgəni qovuşduran Amsterdamdakı əsas körpünü bağlamışdılar.

Bəzi etirazçılar qayıqların körpünün altından keçmələrinə mane olmaq üçün körpünün sütünlarından çəkiclər aslamışdılar.

Ötən bir neçə gün ərzində dünyanın müxtəlif ölkələrində ekologiya tərəfdarları aksiya keçirmişdilər ki, istixana qazlarının yayılmasının azaldılması istiqamətində hökumətlərə qarşı təzyiq göstərmək üçün ikihəftəlik dinc vətəndaş itaətsizliyinə başlamış olsunlar.

Teqlər