ABŞ-da həbsdə olan Rusiya vətəndaşlarından biri azad edilib
https://azeri.sahartv.ir/news/dünya-i351227-abŞ_da_həbsdə_olan_rusiya_vətəndaşlarından_biri_azad_edilib
ABŞ-da casusluq ittihamı ilə həbs olunan Rusiya vətəndaşı vətəninə qayıdıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2019 16:06 Asia/Baku
  • ABŞ-da həbsdə olan Rusiya vətəndaşlarından biri azad edilib
    ABŞ-da həbsdə olan Rusiya vətəndaşlarından biri azad edilib

ABŞ-da casusluq ittihamı ilə həbs olunan Rusiya vətəndaşı vətəninə qayıdıb.

Amerika siyasi qruplarına sızmağa çalışmaqda ittiham olunaraq, 2019-cu ilin aprelində həbs olunan Rusiya vətəndaşı Mariya Butina nəhayət şənbə günü Moskvaya daxil olub.

FTB bu qadını Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq və prezident Donald Trampın yaxın çevrəsinə girməyə cəhd ittihamı ilə həbs etmişdi.

Butina, "Milli Silah Cəmiyyəti" kimi təşkilatlara sızaraq, Rusiyanın maraqlarını irəlilətməyə çalışmaqda günahlandırıldı.

Bir müddət sonra bu Rusiya vətəndaşı ittihamları qəbul etdi və ABŞ məhkəməsi onu 18 ay həbs cəzasına məhkum etdi.

Butinanın işi ABŞ və Rusiya arasındakı münasibətləri daha da gərginləşdirdi.

Moskva Vaşinqtonu etiraf almaq üçün Butinaya təzyiq göstərməkdə ittiham edib.