Putin Suriyanın ərazi bütövlüyünə dəstək verib
https://azeri.sahartv.ir/news/dünya-i351318-putin_suriyanın_ərazi_bütövlüyünə_dəstək_verib
Rusiya prezidenti Almaniya kansleri ilə telefon söhbətində Suriyanın ərazi bütövlüyünün qorunmasını vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2019 04:25 Asia/Baku
  • Putin Suriyanın ərazi bütövlüyünə dəstək verib
    Putin Suriyanın ərazi bütövlüyünə dəstək verib

Rusiya prezidenti Almaniya kansleri ilə telefon söhbətində Suriyanın ərazi bütövlüyünün qorunmasını vurğulayıb.

Vladimir Putin dünən Angela Merkel ilə telefon söhbətində Suriya barədə Türkiyə ilə razılaşmasının detallarını onun üçün şərh edib.

Putin bu dialoqda Rusiyanın Soçi şəhərində Rəcəb Tayyıb Ərdoğanla müzakirələrinin nəticələrini açıqlayıb. O, bildirib ki, əldə olunmuş razılaşma halları bütün tərəflərin maraqlarını nəzərdə tutur və Suriyanın suverenliyi və ərazi bütövlüyünün bərqərarına kömək edəcək.

Rusiya və Türkiyə son Soçi müzakirələrində Suriya haqda onmaddəlik bir saziş əldə ediblər.

Türkiyə ordusunun Suriyanın şimalına qarşı 9 oktyabr hücumundan sonra demokratik qüvvələr adlı kürd qüvvələr bu ölkə hökumətindən istədilər ki, bu bölgələrin nəzarətini əlinə alaraq, onları Türkiyənin hücumları qarşısında qorusun.

Əldə olunan sazişə əsasən, Suriya ordusu bu ölkənin şimal sərhəd bölgələrinin nəzarətini əlinə alacaq.