Dek 01, 2019 11:22 Asia/Baku
  • Hindistan ballestik raket sınaqdan keçirib
    Hindistan ballestik raket sınaqdan keçirib

Hindistan nüvə başlığı daşıya bilən "Aqni 3" adlı balestik raketini Udisa vilayətinin Əbdül-Kərim adasında uğurla sınaqdan keçirib.

İRNA-nın verdiyi məlumata görə, Hindistanın müdafiə rəsmiləri bildiriblər ki, sınaqdan keçirilən raket orta mənzillidir. 

Aqni 3 raketinin uzunluğu 16 metr çəkisi isə 48 tondur və 5.1 ton ağırlığında nüvə başlığını 3 min kilometr məsafədə daşıya bilir. 

Bu raketin yanacağı bərk cismdir və Hindistanın hər bir nöqtəsindən rels platformadan atıla bilər. 

Cari ayda Hindistanda bu üçüncü nüvə raketinin sınağı hesab olunur. 

Hindistan Pakistanla aşkar rəqabətdə öz hərbi gücünü artırmaq üçün müxtəlif raket sınaqları həyata keçirir. 

 

Teqlər