Dek 10, 2019 21:28 Asia/Baku
  • AB-də korrupsiyanın rəvac tapmasından narazılıq
    AB-də korrupsiyanın rəvac tapmasından narazılıq

Bir araşdırmanın nəticələri göstərir ki, əksər avropalı şirkətlər öz ölkələrində, eləcə də Avropa Birliyində korrupsiyanın yayılmasından şikayət edirlər.

Avropa Komissiyasının sifarişi ilə həyata keçirilən “Yurobarometr” müəssisəsinin araşdırmalarının nəticələrinə əsasən, orta hesabla təqribən hər üç şirkətdən ikisi bu qənaətdədir ki, ölkəsindəki korrupsiya genişlənibdir. Bu araşdırmada Almaniyada korrupsiya Avropa üzrə orta hesabdan çox-çox aşağı hesab olunubdur.

Həmçinin bu rəy sorğusunun nəticələri göstərir ki, alman şirkətlərin on iki faizi korrupsiyanı olduqca yayılmış hesab edib. On doqquz faiz də onu nisbətən yayılmış dəyərləndiribdir.

İsveç, Danimarka və Lüksemburqda az faizdə şirkət belə bir baxışa malikdir.

Bu rəy sorğusunun nəticələri göstərir ki, xüsusən Rumınıya, Yunanıstan, Portuqaliya, Xorvatiya, İtaliya və Sloveniyada korrupsiya barədə dəyərləndirmələr yüksəkdir.

 

Teqlər

Şərhlər