Hindistan senatında müsəlmanlara qarşı qalmaqallı layihə qəbul olunub
Hindistan senatı- Racia Saba, müsəlmanlara qarşı qalmaqallı layihə qəbul edib.
Hindistan senatı dünən qonşu ölkələrdən olan qeyri-müsəlman azlıqlara vətəndaşlığın verilməsi layihəsini qəbul edib.
Hazırda qanuna çevrilmiş bu layihəyə əsasən, qonşu ölkələrdən Hindistana qaçmağa məcbur olan mühacirlərə vətəndaşlıq verilir, amma bu qanun müsəlmanlara şamil olmayacaq.
Hindistandakı müxalif partiyalar deyirlər ki, bu addım hakim “Bharatia Canata” və BCP(BJP) partiyasının müsəlmanları kənara qoymaq üzrə siyasətinin bir hissəsidir.
Bundan öncə də bu ölkə xalqından minlərlə nəfər, Assam və Qərbi Benqal əyalətlərində, eləcə də bu ölkənin paytaxtı Yeni-Dehli şəhərində həmin layihəyə qarşı yönəlmiş anti-hökumət aksiyası keçirmişdi.
Pakistanın baş naziri İmran xan da dünən Yeni-Dehlinin müsəlmanlara qarşı siyasətini kəskin tənqid atəşinə tutaraq deyib ki, bu layihənin qəbul olunması Hindistan cəmiyyətində müsəlmanların kənara qoyulmaları və ekstremist hindulara dəstəyin verilməsi deməkdir.