Yeni-Dehlinin müsəlmanlara qarşı yeni addımı
Hindistan məhkəməsi bir hökm verərək, təqribən min nəfər müsəlmanın qətli-amında müqəssir olan Qucarat əyalətinin bütün keçmiş məsul şəxslərinə bəraət qazandırıb.
Məhkəmənin hökmünə əsasən, bu qətli-am zamanı Qucarat əyalətinin baş naziri olmuş Hindistanın baş naziri Narendra Mudi bu əyalətin bütün polis rəsmilərilə yanaşı bəraət qazanıbdır.
Məhkəmə öz hökmündə belə qeyd edib: Elə bir sənəd mövcud deyildir ki, ona əsasən, Qucarat əyalətinin ozamankı məsul şəxslərini əyalət müsəlmanlarının qətli-amında müqəssir hesab etmiş olaq.
Bu iş üzrə təhqiqat komitəsi müsəlmanların qırğın edilmələri üzrə hər cür göstərişi rədd edib və bildirib ki, bu sayda Hindistan vətəndaşınını öldürülməsi bir hadisə olubdur.
Beləliklə, Hindistanın baş naziri, öz əleyhinə olan ən ciddi işlərdən birində bəraət alıbdır.
Ekstremist hinduların 2002-ci ildə Qucarat əyalətində müsəlmanlara qarşı hücumunda təqibən min nəfər öldürülmüşdü.