Şimali Koreya yeni raket sınağı həyata keçirib
Xəbər mənbələri Şimali Korayanın yeni raket sınağı həyata keçirdiyini bildiriblər.
Cənubi Korayanın Yonhap Xəbər Agentliyinin bildirdiyinə görə, Şimali Koreya şənbə günü öz peyk saytında mühüm bir raket sınağı həyata keçirib.
Bu raket sınağı barədə hələ ki ətraflı məlumat yayılmayıb.
Şimali Koreya keçən həftə də elə həmin saytda uğurlu bir raket sınağı həyata keçirmişdi.
Pxenyan ABŞ-ın hərbi qüvvələrinin Koreya yarımadasında mövcudluğuna qarşıdır və Vaşinqtona danışıqlar masasına qayıtmaq və Şimali Koreyaya qarşı sanksiyaları aradan qaldırmaq üçün 2019-cu ilin sonunadək möhlət verib, əks təqdirdə vaşinqton onun istənilən nəticələri ilə qarşılaşmağa hazır olmalıdır.
İndiyə qədər ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında Sinqapur, Vyetnam və iki Koreyanın sərhəddində üç dövr müzakirə baş tutub, ancaq Vaşinqtonun Pxenyan qarşısında öhdəliklərinə sadiq qalmadığı üçün bu danışıqlar nəticə verməyib.