Putin 5 təhlükəsizlik rəsmisini vəzifəsindən azad edib
Dek 26, 2019 11:31 Asia/Baku
Rusiya prezidenti Vladimir Putin bu ölkənin təhlükəsizlik rəsmilərindən beş nəfəri vəzifəsindən götürüb.
Moskva metropoliteninin təhlükəsizlik təşkilatının sədri Nikolay Savçenko, Krasnodar bölgəsinin daxili təhlükəsizlik idarəsinin rəis müavini Vyaçeslav Bolqov və Voronej daxili təhlükəsizlik idarəsinin rəis müavini Vyaçeslav Forontesov vəzifələrindən uzaqlaşdırılan şəxslər arasındadırlar.
Belə görünür ki, Putinin addımı Rusiyanın təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılıbdır.
Son zamanlar bir qrup naməlum hücumçu Rusiya Federal Təhlükəsizlik Xidmətinin binasındakı keşikçi bölməsinə daxil olaraq, atəş açmağa başladı.