Dek 29, 2019 21:24 Asia/Baku
  • Tramp Nuy-York və San-Fransiskonun demokrat rəsmilərini qınayıb
    Tramp Nuy-York və San-Fransiskonun demokrat rəsmilərini qınayıb

ABŞ prezidenti Tvitter hesabından paylaşdığı iki statusda yoxsulluq, zorakılıq və narkomaniyanın artmasına görə Nuy-York ştatı və San-Fransisko şəhərinin demokrak rəsmilərini qınaq atəşinə tutub.

İRİB-nin məlumatına əsasən, ABŞ prezidenti Donald Tramp öz şəxsi səhifəsində "San-Fransiskoya xoş gəlmisiz" adlı bir videogörüntü əlavə edərək, Nümayəndələr Palatasının spikeri, Demokrat Partiyasının üzvü və San-Fransisko şəhərini təmsil edən Nensi Pelosini dəli adlandırıb və ona öz şəhərinin bərbad vəziyyəti ilə daha cöx məşğul olmasını və aldadıcı impiçment prosesinə daha az vaxt sərf etməsini tövsiyə edib.

Tramp sözlərinin davamında Kaliforniya ştatında yerləşən San-Fransisko şəhəri və Nyu-York şəhərində yoxsulluq, zorakılıq, narkomaniya və bomjların acınacaqlı vəziyyətinə işarə edib ."Nuy-York şəhərinin dağılmasını görmək cöx təəsüfləndirici haldir",-deyə o əlavə edib. 

Trampın statusunda sonra deyilir: "Nyu-York rəsmilərinin etmək istədikləri yeganə iş mənə qarşı araşdırma aparmaqdır və Nyu-Yorkun demokrat qubernatoru Andru Kuomo vəziyyətə və ağlına nəzarəti itirib".

Demokratlar, Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında olan telefon danışığının məzmununun ifşa olunmasından sonra Trampın impiçmenti prosesini başlatmışlar.

Teqlər