Yan 13, 2020 15:39 Asia/Baku
  • Amerikanın cinayətlərindən real intiqam, onların regiondan çıxmalarıdır
    Amerikanın cinayətlərindən real intiqam, onların regiondan çıxmalarıdır

İran İslam Respublikasının birinci vitse-prezidenti Amerikanın İslam İnqilabı Keşikçiləri Korpusu Quds Qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymanini şəhid etmək üzrə cinayətinə toxunaraq, deyib ki, Amerikanın cinayətlərindən əsl intiqam, onların Qərbi Asiya regionundan çıxmalarıdır.

Eshaq Cəhangiri bu gün Tehranda İran və Suiryanın yüksək vəzifəli heyətlərinin birgə iclasında İraq parlamentinin Amerika hərbçilərinin həmin ölkədən qovulmalarına dair qərarından razılıq edərək, ümidvarlıq edib ki, bu dalğa regionun digər islami ölkələrində də formalaşacaq.

Cəhangiri deyib ki, Qərb ölkələrinin, xüsusən Amerikanın yersiz müdaxilələri regionda əmin-amansızlığa və səbatsızlığa bais olub. O, əlavə edib: Amerika İŞİD kimi terror qruplarını təşkil etməklə region səviyyəsində, xüsusən İraq və Suriyada böyük cinayətlər törədibdir.

Tehranın keçmişdə olduğu kimi Suriyanın hökuməti və xalqının kənarında olacağını bildirən İran İslam Respublikasının birinci vitse-prezidenti söyləyib: İran sabitlik və asayişin bərqərarı üçün Suriyanın ərazi bütövlüyü və suverenliyini himayə edəcək.

Suriyanın baş naziri İmad Xəmis də Amerikanın region ölkələrinə savaşı qəbul etdirmək üzrə fitnələri və planlarına işarə edərək, deyib ki, Amerikanın fitnələrinin nümunəsi və təzahürü, general-leytenant pasdar Qasem Soleymaninin terror edilməsidir.

Xəmis bildirib ki, şəhid Soleymani bütün region xalqları, azadlıqsevərlər və müqavimət qrupları üçün təhlükəsizliyin gücləndirilməsi və mübarizə simvolu idi. O, İranın düşmənlərin hücumları və təcavüzlərillə mübarizə və özünümüdafiə haqqına təkid edib.

Cəhangiri və Xəmis həmçinin Suriyanın bərpası xüsusiyyət təşkil etməklə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıqların genişləndirilməsini vurğulayıblar.

 

 

Teqlər

Şərhlər