Fransada anti-hökumət aksiyaları davam edir
Fransa paytaxtı Parisin küçələri dünən bir daha minlərlə fransalı etirazçının bu ölkə hökumətinin iqtisadi siyasətlərinə qarşı aksiyalarının şahidi idilər.
Fransada pensiya sisteminə düzəliş layihəsinə etiraz üzrə ümumölkə tətilinin 41-ci günə daxil olması ilə bu ölkədəki bəzi partiyalar hökuməti impiçment etmək qərarına gəliblər.
Hazırkı böhranın kulminasiya nöqtəsində Fransa prezidenti Emmanuel Makron bir daha pensiya sisteminin islah olunması layihəsinin icrasını vurğulayıb və deyib ki, hökumət bu layihənin parlament vasitəsilə izlənilməsi əzmindədir.
Fransada minlərlə müəllim, dövlət qulluqçusu, gəmiryolu fəhləsi və xəstəxana işçisi ötən ilin dekabrından Makronun pensiya sisteminə düzəliş layihəsinə etiraz edir. Bu aksiya son onilliklərdə Fransada ən böyük ümumi tətillərdən biri sayılır.
Fransa həmçinin bir ildən çoxdur ki, kapitalizm quruluşuna qarşı aksiyaların şahididir.