Yan 26, 2020 17:08 Asia/Baku
  • Yaponiyada kosmik bölmə yaradılır
    Yaponiyada kosmik bölmə yaradılır

Yaponiyanın Müdafiə Nazirliyi kosmik bölmə yaratmaq məqsədi ilə parlamentə bir layihə təqdim edib.

İRNA-nın verdiyi məlumata görə, Yaponiyanın Müdafiə Nazirliyinin bildirdiyinə görə, bu ölkənin kosmik bölməsi kosmik və kibernetik sahədə müdafiə qabiliyyətlərinin gücləndirilməsi məqaəsi ilə yaradılır. 

Bu bölmə həmçinin şübhəli peyklərə, kosmik zibillərə də nəzarət edəcək və Yaponiyanın hava qoşunlarının Tokyodakı bazasında yerləşdiriləcək. 

Bu bölmənin işçi kadrının dayı 20 nəfər olacaq ancaq bu rəqəm sonralar 290-a qədər artırılacaqdır. 

Yaponiya dövlətinin kosmik bölmə yaratmaq qərarı Amerikanın kosmik bölmə loqosunun təqdimatından bir gün sonra baş verir. 

Yaponiyanın hərbi büdcəsi 2020-ci il üçün 48.8 milyard dollar elan edilib. 

Teqlər