Le Drian: Avropa ABŞ-ın İrana qarşı maksimum təzyiqilə müxalifdir
Fransanın xarici işlər naziri deyir ki, Avropa ölkələri nüvə anlaşmasının qorunmasına təkid etməklə yanaşı, ABŞ-ın İrana qarşı maksimum təzyiq məntiqi ilə müxalifdirlər.
Jan-İv Le Drian dünən Haaqada Hollandiyanın xarici işlər naziri Stef Blok ilə görüşdə deyib: Avropa Birliyi və nüvə anlaşmasına üzv ölkələr bu anlaşmanı qorumaq və İranı imkan daxilində nüvə anlaşması çərçivəsindəki öhdəliklərinə qaytarmaq üçün öz qətiyyətlərini elan ediblər.
Le Drian əlavə edib: Bu avropalı orqan İranı tez bir zamanda öz öhdəliklərinə sədaqətini bərpa etməyə vadar etmək istəyir.
Fransanın diplomatiya aparatının başçısı iddia edib ki, Avropanın nüvə anlaşmasındakı mübahisələrin tənzimlənməsi mexanizmini işə salmaqda məqsədi Amerikanın maksimum təzyiqinin anti-İran mahiyyətini rədd etmək üçün bir əlamətin göndərilməsi olubdur.
Almaniya, İngiltərə və Fransa Amerikanın 2018-ci il mayın 8-də qanunsuz şəkildə nüvə anlaşmasından çıxmasından sonra vəd etdilər ki, İranın iqtisadi maraqlarını təmin etməklə bu anlaşmanı qoruyacaqlar, amma onlar bu istiqamətdə heç bir təsirli və real atmadılar və İran bir il səbir etdikdən sonra öz nüvə anlaşması öhdəliklərini etaplarla azaltmağa üz tutdu.
Nüvə anlaşmasındakı avropalı üçlük İranın nüvə anlaşması çərçivəsindəki bu addımlarına reaksiyada yanvarın 14-də mübahisələrin tənzimlənməsi mexanizmini işə salmasından xəbər verdi.
İran İslam Respublikası bildiribdir ki, əgər İranın nüvə işi BMT-nin Təhlükəsizlik Şurasına göndərilərsə, İranın NPT-dən çıxması məsələsi qaldırılacaqdır.