Nyu-Yorkda yoxsulluq problemi artır
Son araşdırmaların nəticələri göstərir ki, 2015-2018-ci illərdə Nyu-York sakinlərinin yarısı yoxsulluq həddindən aşağıda yaşayır.
Nyu-York DeyliNyus qəzeti bir reportajda yazır: Kollombiya Universitetinin "Rabin Hud" Fondunun əməkdaşlığı ilə apardığı son araşdırmaların nəticələrinə görə, 2018-ci ildə Nyu-Yorkda yaşayan yetkinlik yaşına çatmış 3 milyon 400 sakin yoxsulluq həddindən aşağıda yaşayıb və bu rəqəm 2012-ci il oxşar dövr ilə müqayisədə yetkinlik yaşına çatanların 4-dən 1-i olmuşdur.
Bu araşdırmaya görə, 2018-ci ildə Nyu-Yorkda yaşayan ailələrin 34 faizi məişət xərclərini ödəyə bilmədiyi üçün acınacaqlı şəraitdə yaşayıb.
Bu araşdırmaların nəticələri göstərir ki, Nyu-Yorkda yaşayan qadınlar və rəngli dərililər daha çox yoxsulluq problemi ilə üz-üzə dururlar.