Rusiya İdlibdə terrorizmə qarşı savaşda Suriyaya dəstək verir
https://azeri.sahartv.ir/news/dünya-i358162-rusiya_İdlibdə_terrorizmə_qarşı_savaşda_suriyaya_dəstək_verir
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, bu öklə Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətində terrorçulara qarşı savaşda bu ölkəyə dəstək verir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2020 04:30 Asia/Baku
  • Rusiya İdlibdə terrorizmə qarşı savaşda Suriyaya dəstək verir
    Rusiya İdlibdə terrorizmə qarşı savaşda Suriyaya dəstək verir

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, bu öklə Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətində terrorçulara qarşı savaşda bu ölkəyə dəstək verir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib ki, Moskva İdlib vilayətində terrorçulara qarşı savaşda Suriyanın hökumət qüvvələrini himayə etməklə bərabər, İdlibdə böhranın həlli üçün hələ də Ankara ilə danışıqlara meyllidir.

Suriya ordusu iki aya yaxındır ki, İdlib vilayətini terrorçulardan təmizləməyə başlayıb və indiyədək bir çox irəliləyişlərə malik olub. Lakin bu əməliyyata qarşı çıxan Türkiyə terrorizmlə mübarizə bəhanəsilə Suriya ərazisinin bir hissəsini işğal edibdir.

Suriya ordusunun terrorçuların bu ölkədəki sonuncu qərargahı olan İdlib vilayətini terrorçulardan təmizləmə əməliyyatı davam edir.

Dəməşq bütün Suriya ərazisinə suverenliyin geri qayıtması istiqamətində Türkiyə qüvvələrinin İdlibdən çıxmaları və Ankaranın terrorçulara dəstəyinin kəsilməsini istəyir.