Yaponiyada Yay Olimpiya Oyunları ləğv edilməyib
Yaponiyanın səhiyyə naziri koronavirusun yayılması fonunda Tokio Yay Olimpiya Oyunlarının ləğv edilməsi barədə danışmağın hələ tez olduğunu bildirib.
İRİB-nin məlumatına görə, Katsunobu Kato bu gün ölkəsində koronavirusun yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlərin görüldüyünü bildirərək, deyib: " Tokioda Yay Olimpiya Oyunlarının keçiriləcəyi zamanadək mütləq koronavirusun qəti dərmanı tapılacaqdır.
Yaponiyanın səhiyyə naziri bu sözləri Londonun bələdiyyə seçkilərinə namizədlərdən birinin dediklərinə cavab olaraq, söyləyib. Namizəd lazım olduğu təqdirdə Londonun sözü gedən oyunlara ev sahibliyi etməyə hazır olduğunu bildirmisdi.
Bu elə bir haldadır ki, bir müddət əvvəl Yaponiyanın İmperatoru Naruhito 2020 Tokio Yay Olimpiya Oyunları zamanı koronavirusun yayıla bilməsi barədə narahatlıq ifadə edib.
2020 Yay Olimpiya Oyunları bu il iyulun 6-dan avqustun 9-dək Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək.