Putin Rusiyada koronavirus haqda şayiələrin yayılmasını tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i358805-putin_rusiyada_koronavirus_haqda_şayiələrin_yayılmasını_tənqid_edib
Rusiya prezidenti ölkəsində koronavirusa yoluxanların miqdarı barədəki şayiələrin artmasını tənqid edib. Bildirib ki, bu xəstəliyin Rusiyadakı miqyası barədəki saxta və əsassız xəbərlər xaricdən təşkil edilərək, yayılır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 05, 2020 05:20 Asia/Baku
  • Putin Rusiyada koronavirus haqda şayiələrin yayılmasını tənqid edib

Rusiya prezidenti ölkəsində koronavirusa yoluxanların miqdarı barədəki şayiələrin artmasını tənqid edib. Bildirib ki, bu xəstəliyin Rusiyadakı miqyası barədəki saxta və əsassız xəbərlər xaricdən təşkil edilərək, yayılır.

Kreml-in mətbuat xidməti dünən bildirib ki, Vladimir Putin koronavirus xəstəliyinin Rusiyada və dünyadakı vəziyyətinin araşdırılmasına həsr olunmuş iclasda deyib: Rusiya Federal Təhlükəsizlik Xidməti xəbər veribdir ki, şayiələr ölkə xaricindən təşkil edilir.

Putin bu cür şayiələrdə məqsədin, xalq arasında qorxu və hərc-mərclik yaratmaq olduğunu bildirib. O, əlavə edib: Bu kimi hərəkətlərlə mübarizə aparmaq üçün yalnız xalqa vaxtlı və mötəbər informasiyanın verilməsinə ehtiyac var.

Qeyd edək ki, ROSKOMNADZOR adlı təşkilat bu gün bildiribdir ki, koronavirusla bağlı şayiələr yayan mənbələr Rusiyada qadağan edilir.

 

PUTİN RUSİYADA KORONAVİRUS ŞAYİƏSİNİN YAYILMASINI TƏNQİD EDİB