İspaniyada koronaviruslu olmaqda şübhəli olan yaşlıları boşlayıblar
İspaniyanın müdafiə naziri bildirib ki, bu ölkənin hərbçiləri koronaviruslu olmaqda şübhəli bilinən yaşlıların qocalar evlərində başlı-başına buraxıldıqlarını və bəzilərinin də öldüklərini görüblər.
İspaniyanın müdafiə naziri Marqarita Robles bu gün deyib: Qocalar evlərini dezinfeksiya etməyə getmiş ispan hərbçilər yaşlı xəstələrin başlı-başına buraxıldıqlarını və bəzilərinin də öldüklərini görüblər.
Robles bu acınacaqlı hadisə haqda sonra belə deyib: Biz bu məkanlardakı şəxslərlə rəftarda ciddi və sərtik.
İspaniya mediyalarının yazdıqlarına görə, onların COVID-19 virusuna yoluxmaqda şübhəli olduqları bildirilib.
İspaniya baş prokurorluğu bu hadisə barədə təhqiqat aparmaqdadır.
İspaniya İtaliyadan sonra Avropada koronavirusdan daha çox zərər çəkən bir ölkədir. Belə ki, indiyədək bu ölkədə 35 min nəfərdən çox insan bu virusa yoluxub, minimum 2300 nəfər isə həyatını itiribdir.
Son zamanlar "Dayli Telegraf" qəzeti yazmışdı ki, koronavirusun genişlənməsindən sonra italyan rəsmilər səksən yaşından yuxarı insanlara xüsusi qoruma xidmətlərinin göstərilməsindən imtina etmək və bir növ onları başlı-başına buraxmaq niyyətindədirlər.
İSPANİYADA KORONAVİRUSLU QOCALARA MƏHƏL QOYULMUR