Mart 30, 2020 15:29 Asia/Baku
  • Asiya bazarlarında neftin qiyməti tənəzzül edib

Bu gün Asiya bazarlarında xam neftin qiyməti digər maliyyə bazarlarının süqutunun və koronavirus böhranının şiddətlənməsinin təsiri altında kəskin tərzdə tənəzzül edibdir.

Bugünkü sövdələşmələrdə Amerikanın əsas neft göstəricisi sayılan «Vest Tekzas İntermediyet» adlı yüngül xam neftinin hər barrelinin qiyməti 5,3 azalma ilə 20 dollar enib. Avropanın əsas neft göstəricisi sayılan Şimal dənizinin xam Brent neftinin hər barrelinin qiyməti isə 6,5 faiz azalma ilə 23 dollara enibdir ki, bu da ötən on yeddi ildə ən aşağı hədd hesab olunur.

Xam neftin qiymətinin tənəzzül etməsi elə bir halda baş verir ki, son bir neçə gün ərzində Amerikada COVID-19-a yoluxma halları son dərəcə artıbdır və bütün dünyada ondan irəli gələn tələfatın miqdarı otuz min nəfəri ötüb keçibdir.

İtaliya və İspaniya ən çox yoluxma və ölüm halları ilə Avropa ölkələrinin ön cərgəsində gedirlər.

Son rəsmi statistikalara görə, Amerikada COVID-19-la bağlı təqribən 140 min yoluxma və 2500-ə yaxın ölüm halı qeydə alınıbdır.

ASİYA BAZARLARINDA NEFTİN QİYMƏTİ TƏNƏZZÜL EDİB

 

Teqlər