Hindistanda müsəlmanlar haqda COVID-19 statistikalarının qərəzli yayımına etiraz
Hindistanda azlıqların hüquqlarını himayə komissiyası bu ölkənin səhiyyə nazirliyinə məktub göndərib. Məktubda koronavirusa yoluxan müsəlman xəstələrin sayının ayrıca və qərəzli şəkildə yayılmasının dayandırılması tələb olunub.
Komissiya bu gün bu məktubda vurğulayıb ki, müsəlman təbliğat mərkəzləri işçilərinin statistikasının ayrıca yayılması ilə Hindistanda anti-İslam atmosferinin yaranmasına bais olunmamalıdır.
Hindistanda azlıqların hüquqlarını himayə komissiyasının sədri Zəfərulislam xan deyib: Təəssüflər olsun ki, Hindistanın səhiyyə nazirliyi hər gün koronavirusa yoluxanların sayını elan edərkən müsəlman xəstələrin sayını ayrıca elan edir.
O, sonra deyib: Bu hərəkət yalnız Hindistan cəmiyyətində müsəlmanların hüquqlarının təhlükəyə düşməsinə və ekstremist hinduların bundan sui-istifadə etmələrinə səbəb olacaq.
Belə bir halda, Hindistan parlamentinin üzvü və İttihadilmuslimin partiyasının sədri Əsəduddin Uveysi bu ölkədəki müsəlmanların vəziyyətinə etiraz edib və belə deyib: Təəssüflər olsun ki, Hindistanda müsəlmanları gözdən salmaq və onlara ittiham vurmaq üçün hər bir fürsətdən istifadə olunur.
Son bir il ərzində Hindistanda müsəlmanlara qarşı qərar və addımlar bu ölkədə geniş etirazlara səbəb olubdur.
HİNDİSTAN MÜSƏLMANLARININ HÜQUQLARINA DƏSTƏK