Apr 20, 2020 15:39 Asia/Baku
  • Kanadada atışma qurbanlarının sayı artıb

Polis rəsmiləri bildiriblər ki, Kanadada ölümcül hücum qurbanlarının sayı 17 nəfərə çatıb.

Polis rəsmiləri bu gün bildiriblər ki, «Yeni Şotlandiya» əyalətində atışma amili də ölənlər arasındadır.

Kanadanın polis rəsmiləri vurğulayıblar ki, polis qüvvələri 90 kilometrlik bir təqib əməliyyatında atışma amilini hədəfə alıblar.

Kanadada baş verən nadir bir kütləvi qırğında, cinayət səhnələri bir-birilərindən uzaq məsafədə yerləşmişdilər.

Bu atışma dünən Kanadanın cənub-şərq sahilində yerləşən «Yeni Şotlandiya» əyalətində baş veribdir.

Toqquşmada Kanada polisinin bir məmurunun öldürülməsi təsdiq olunubdur.

Polisin sözlərinə görə, atışma amilinin adı, Qabriel Vertmandır.

Hücum zamanı əynində polis forması olan Vertman polis avtomobilinə bənzər bir avtomobildə olubdur.

Statistikalar göstərir ki, Kanadada silahlı toqquşmalar son illərdə nəzərəçarpacaq artıma malik olubdur.

KANADADA ATIŞMA QURBANLARININ SAYI ARTIB

Teqlər