Rusiyada koronavirusa yoluxanların sayı 300 minə yaxınlaşır
May 19, 2020 07:59 Asia/Baku
Rusiyada son sutka ərzində daha 9263 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
SaharAzeri APA-ya istinadla bildirir: Rusiyada COVID-19-a yoluxanların sayı 299 941 nəfərə çatıb.
Son sutka ərzində 115 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 2837 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 76 130 nəfərdir.
Məlumatda o da bildirilir ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ-dan sonra ikinci yerdə gəlir.
Teqlər