Donald Tramp deyib;
ABŞ Açıq Səma Müqaviləsindən çıxır
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Açıq Səma Müqaviləsindən çıxacağını bəyan edib.
SəhərAzəri APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə istinadən bildirir, Tramp Rusiyanın razılaşmaya riayət etməməsi səbəbindən bu qərara gəlindiyini iddia edərək deyib: "Düşünürəm ki, Rusiya ilə çox yaxşı münasibətlərimiz var. Lakin Rusiya razılaşmaya riayət etmədi. Buna görə də onlar şərtlərə əməl edənə qədər biz müqavilədən ayrılacağıq. Ancaq yeni bir razılaşma əldə edə biləcəyimiz üçün çox yaxşı şans var. Yenidən bir araya gəlmək üçün bir şey edəcəyik”.
Rusiya Xarici işlər nazirinin müavini Aleksandr Qruşko öz növbəsində bildirib ki, rəsmi Moskva tərəfindən sözügedən müqavilə pozulmayıb: “ABŞ-ın qaldırdığı bütün bu məsələlər Açıq Səma Müqaviləsinin məsləhət komissiyası çərçivəsində müzakirə mövzusudur".