May 23, 2020 19:49 Asia/Baku
  • Acarıstan Muxtar Respublikası “yaşıl zona” elan edildi

Gürcüstanın Acarıstan Muxtar Respublikası (MR) “yaşıl zona” elan olunub.

SəhərAzəri “Report”-a istinadən xəbər verir ki, bu barədə MR-in hökumət başçısı Tornike Rijvadze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, aprelin 30-dan etibarən artıq 23 gündür bölgədə koronavirusa yeni yoluxma halı qeydə alınmayıb: “İnfeksiyaya yoluxan son iki şəxs xəstəxanada müalicə olunub və artıq evə buraxılıb”.

T.Rijvadze qeyd edib ki, Acarıstanın “yaşıl zona” statusunu geri qaytarması turizm mövsümünə başlamaq baxımından olduqca önəmlidir.

Qeyd edək ki, Acarıstanda COVID-19-a ilk yoluxma faktı martın 14-də qeydə alınıb. MR-də virusa ümumilikdə 71 nəfər yoluxub, onların 1-i ölüb.   

Teqlər

Şərhlər