Ryabkov Pompeonun anti-rus ittihamını rədd edib
https://azeri.sahartv.ir/news/dünya-i362178-ryabkov_pompeonun_anti_rus_ittihamını_rədd_edib
Rusiya xarici işlər nazirinin müavini ABŞ dövlət katibinin «Moskva «Açıq Səma” müqaviləsindən sui-istifadə edərək, Amerika və Avropanın mühüm infrasturkturlarını hədəfə almaq istəyir” iddiasını yalan adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2020 10:11 Asia/Baku
  • Ryabkov Pompeonun anti-rus ittihamını rədd edib

Rusiya xarici işlər nazirinin müavini ABŞ dövlət katibinin «Moskva «Açıq Səma” müqaviləsindən sui-istifadə edərək, Amerika və Avropanın mühüm infrasturkturlarını hədəfə almaq istəyir” iddiasını yalan adlandırıb.

SəhərAzəri xəbər verir, Sergey Ryabkov deyib: Kəşfiyyat təyyarəsində görüntü təchizatları hədəflər üzərində tənzimlənməyə qadir deyillər. Xüsusən ona görə ki, «Açıq Səma” tapşırıqları zamanı ev sahibi olan ölkənin nəzarətçiləri iştirak edirlər.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo Rusiyanı «Açıq Səma” uçuşları zamanı əldə etdiyi məlumatlardan Amerika və Avropadakı mühüm infrasturkturları hədəfə almaq üçün istifadə etməkdə ittiham edibdir.

Amerika prezidenti Donald Tramp Ağ Ev-ə gəldiyi zamandan bəri bu ölkəni bir çox çoxtərəfli müqavilələrdən çıxarıbdır.

«Açıq Səma” müqaviləsi 34 ölkə arasında bağlanmış bir müqavilədir. 1992-ci ildə imzalanan və 2002-ci il yanvarın birindən icra olunan bu müqavilə kəşfiyyat təyyarələrinə müqaviləyə üzv ölkələrin bölgələri üzərində uçmaq icazəsi verir.