Aleksey Kudrin:
“Rusiyada neft hasilatı azalmayacaq”
"Dünya bazarında neftin ucuzlaşması Rusiyanın neft ixracından əldə etdiyi gəlirləri azaltsa da, ölkədə hasilat azalmayacaq".
SəhərAzəri “Report”-a istinadən xəbər verir ki, bunu Rusiyanın Hesablama Palatasının rəhbəri Aleksey Kudrin "Kommersant" qəzetinə müsahibəsində bildirib.
Bununla yanaşı, onun sözlərinə görə, qeyri-neft və qaz sektorları daha dinamik inkişaf etməsə, Rusiya iqtisadiyyatı çətinliklə üzləşəcək.
“Biz başqalarından irəlidə olsaq, gəlirliliyi yeni texnoloji və innovativ həllər, nömrələr, yeniliklər təmin edəcək. Neft iqtisadiyyatından bilik və texnologiya iqtisadiyyatına dönüş üçün çox kritik an gəlib çatıb”, - A.Kudrin deyib.
Hesablama Palatasının sədri hesab edib ki, Rusiya rəqəmsal texnologiyalar sahəsində tənzimləmə və dövlət idarəetməsi məsələsində digər ölkələrdən geri qalır. Onun fikrincə, hazırda dövlət tənzimlənməsinin yeni keyfiyyətinə tələb son dərəcə böyükdür.