ABŞ-da şist neft hasil edən daha bir şirkət müflis oldu
https://azeri.sahartv.ir/news/dünya-i362290-abŞ_da_şist_neft_hasil_edən_daha_bir_şirkət_müflis_oldu
ABŞ-da COVID-19 pandemiyası nəticəsində “qara qızıl”a olan tələbatın xeyli azalması üzündən şist nefti istehsal edən “Unit” şirkəti müflisləşmə proseduruna başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2020 22:33 Asia/Baku
  • ABŞ-da şist neft hasil edən daha bir şirkət müflis oldu

ABŞ-da COVID-19 pandemiyası nəticəsində “qara qızıl”a olan tələbatın xeyli azalması üzündən şist nefti istehsal edən “Unit” şirkəti müflisləşmə proseduruna başlayıb.

SəhərAzəri “Report”-a istinadla xəbər verir ki, bu barədə məlumatı “The Wall Street Journal” dərc edib.

Belə ki, həmin şirkətin borcu 650 milyon ABŞ dolları ötüb. Son zamanlar şirkət işçilərinin 30 faizini ixtisara salıb.

Artıq şirkət tərəfindən ümumi borcu azaltmaq və gəlirliliyi bərpa etmək məqsədi ilə plan hazırlanıb. 

Plan, şirkətin borc öhdəliklərinin təxminən 70 faizini idarə edən kreditorlar və səhmdarlar tərəfindən dəstəklənib.

Qeyd edək ki, ABŞ-da şist neftinin hasilatı ilə məşğul olan 17 şirkət müflisləşmə proseduruna başlayıb.