Nigeriyanın şimal-qərbində silahlı hücum; 60 ölü
https://azeri.sahartv.ir/news/dünya-i362416-nigeriyanın_şimal_qərbində_silahlı_hücum_60_ölü
Nigeriyanın şimal-qərbində silahlı motosikletçilərdən bir qrupunun hücumu nəticəsində 60 nəfər ölüb, bir qrup insan da yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2020 12:00 Asia/Baku
  • Nigeriyanın şimal-qərbində silahlı hücum; 60 ölü

Nigeriyanın şimal-qərbində silahlı motosikletçilərdən bir qrupunun hücumu nəticəsində 60 nəfər ölüb, bir qrup insan da yaralanıbdır.

SəhərAzəri xəbər verir,Bu silahlı qrup dünən yüzə yaxın motosikletlə Nigeriyanın şimal-qərbində yerləşən Sokoto əyalətinin bölgələrindən olan Qarki, Dan Edva, Kuzari, Katoma və Masava kəndlərinə basqın edib və kor-koranə şəkildə əhaliyə tərəf atəş açıbdır.

Bu hücumda əhalinin kənd təsərrüfatı məhsullarına da xəsarətlər dəyibdir.

Qeyd olunan kəndlərin sakinlərindən yüzlərlə nəfər canını qurtarmaq üçün öz evini tərk edibdir.

Nigeriyanın şimal-qərbindəki yeddi əyalət terror hücumlarında motosikletlərdən istifadənin edilməsinə görə,ötən ilin mayından bu nəqliyyat vasitəsinin istehlakını qadağan edibdir.