İyun 03, 2020 08:19 Asia/Baku
  • Nyu-Yorkda atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Nyu-York şəhərində atışma baş verib.

SaharAzeri - Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yerli vaxtla təxminən saat 21:00-dan sonra (Bakı vaxtı ilə 05:00) odlu silahdan istifadə edərək iki nəfəri yaralayıb.

Hadisə yerinə gələn polis əməkdaşları cinayətkarı ağır yaralayıblar. O, daha sonra ölüb. İnsident zamanı iki polis əməkdaşı xəsarət alıb.

Qeyd edilir ki, ötən gecə ərzində Nyu-Yorkda afroamerikalı Corc Floydun ölümündən sonra başlayan etiraz aksiyaları zamanı təxminən 700 nəfər saxlanılıb.

Teqlər

Şərhlər