Kanadada indiyədək 95 mindən çox insan koronavirusa yoluxub
İyun 08, 2020 07:01 Asia/Baku
Kanadada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 95 mini keçib.
SaharAzeri - APA “TASS”-a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 95 057 nəfərdir, 7 773 nəfər isə virusun qurbanına çevrilib. İnfeksiya ən çox yayıldığı ərazilər Kvebek (52 624) və Ontario (30 202) əyalətləridir.
Ölkədə indiyədək COVID-19 üçün ümumilikdə 1 868 277 test keçirilib.