Rusiyada son sutka ərzində daha 8835 nəfər koronavirusa yoluxub, 119 nəfər ölüb
https://azeri.sahartv.ir/news/dünya-i363170-rusiyada_son_sutka_ərzində_daha_8835_nəfər_koronavirusa_yoluxub_119_nəfər_ölüb
Rusiyada son sutka ərzində daha 8835 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2020 10:23 Asia/Baku
  • Rusiyada son sutka ərzində daha 8835 nəfər koronavirusa yoluxub, 119 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 8835 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

SaharAzeri APA-ya istinadla xəbər verir, Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 528 964 nəfərə çatıb.

Son sutka ərzində 119 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 6948 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 280 050 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.