Hindistanla Çin sərhədində əsgərlər arasında toqquşma olub, çox sayda ölən var
https://azeri.sahartv.ir/news/dünya-i363301-hindistanla_Çin_sərhədində_əsgərlər_arasında_toqquşma_olub_çox_sayda_ölən_var
Ladax Birlik Ərazisində Hindistan və Çin əsgərləri arasında toqquşmalar baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2020 18:47 Asia/Baku
  • Hindistanla Çin sərhədində əsgərlər arasında toqquşma olub, çox sayda ölən var

Ladax Birlik Ərazisində Hindistan və Çin əsgərləri arasında toqquşmalar baş verib.

SaharAzeri Trend-ə istinadla xəbər verir, bu barədə "ANİ" informasiya agentliyi xəbər yayıb.

Agentliyin məlumatına əsasən, toqquşmalar nəticəsində azı 20 Hindistan əsgəri həlak olub, Çin tərəfindən isə 43 əsgər ölüb və ya ağır yaralanıb.

Xatırladaq ki, daha əvvəl Hindistanın quru qoşunlarının nümayəndələri bildiriblər ki, ötən gün birlik ərazisində tərəflər arasında toqquşmalar olub, nəticədə Hindistan tərəfinin 3 sərhədçisi həlak olub. Qeyd edilir ki, toqquşmalar zamanı odlu silahdan istifadə olunmayıb. Toqquşmalarda tərəflər daş və dəyənəklərdən istifadə ediblər.