ABŞ Suriya ilə bağlı 39 şəxs və orqanı sanksiya edir
https://azeri.sahartv.ir/news/dünya-i363346-abŞ_suriya_ilə_bağlı_39_şəxs_və_orqanı_sanksiya_edir
ABŞ dövlət katibi bu ölkənin Suriyaya qarşı sanksiya qanunu- Sezar-ın icrası istiqamətində Suriya ilə bağlı 39 şəxs və orqanın sanksiya edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2020 14:36 Asia/Baku
  • ABŞ Suriya ilə bağlı 39 şəxs və orqanı sanksiya edir

ABŞ dövlət katibi bu ölkənin Suriyaya qarşı sanksiya qanunu- Sezar-ın icrası istiqamətində Suriya ilə bağlı 39 şəxs və orqanın sanksiya edilməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, Mayk Pompeo iddia edibdir ki, Vaşinqtonun sanksiyaları Suriyanın prezidenti Bəşşar Əsədə və onun həyat yoldaşı Əsma Əsədə şamil olur.

Pompeo onu da iddia edibdir ki, Əsədin qarşısında iki seçim durur; ya siyasi həll yolu, ya da ki, daha çox sanksiyalar.

ABŞ-ın dövlət katibi həmçinin iddia edibdir ki, Sezar qanununa əsasən, Bəşşar Əsədə və onun xarici himayədarlarına daha kəskin iqtisadi sanksiyalar tətbiq olunacaqdır.

Pompeo deyib ki, Amerikanın Suriyaya sanksiyalar tətbiq etməsi bu ölkədə müharibə dayanana qədər bitməyəcəkdir.

ABŞ konqresi 2019-cu il dekabrın 11-də respublikaçılar və demokrat partiyaları arasında üç il ixtilafdan sonra Suriyaya qarşı sanksiya qanunu- Sezar qanununu qəbul etdi.

Bu qanun Suriya hökumətinə, onun müttəfiqlərinə, həmçinin bu ölkə ilə bağlı olan şirkət və müəssisələrə qarşı iqtisadi sanksiyalar tətbiq etmək ardıncadır.