İyun 21, 2020 07:51 Asia/Baku
  • Sietldə amerikalı etirazçılara qarşı atəş açılıb

ABŞ-ın Sietl şəhərinin muxtar bölgəsində naməlum bir şəxs və ya şəxslər tərəfindən etirazçılara qarşı atəş açılması nəticəsində ən azı bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

SəhərAzəri xəbər verir, bu haqda Sietl polisi məlumat verib və hadisənin araşdırılmasına başlandığını bildirib. 

Sietldə xəstəxana rəsmiləri yaralanan şəxsin vəziyyətinin ağır olduğu deyirlər.

Amerikalı etirazçılar bu yaxınlarda Vaşinqton ştatının Sietl şəhərinin bir hissəsini ələ keçirərək, müxtariyyət elan ediblər.

ABŞ-ın müxtəlif şəhərləri xüsusilə Minnesota ştatının Minneapolis şəhəri təxminən bir ay əvvəldən polis irqçiliyinə qarşı etiraz aksiyalarının şahididir.

Bazar ertəsi günü mayın 25-də Minneapolis şəhərində ağdərili bir polis məmuru afroamerikalı vətəndaş Corc Floydu qətlə yetirib.

Bu cinayət ABŞ xalqının hiddətinə səbəb olub. 

Lakin ABŞ-ın təhlükəsizlik və polis qüvvələri bu ölkənin prezidenti Donald Trampın göstərişilə etirazçıları repressiya edirlər.

ABŞ-ın son günlərdəki etirazlarında minlərlə insan yaralanıb və ya saxlanılıb.

 

Teqlər