İyun 26, 2020 11:46 Asia/Baku
  • Amerika hərbçilərinin Hindistan sərhədlərinə göndərilməsi istisna olunmur

ABŞ Dövlət Katibi, Çinin təhdidlərinə qarşı çıxmaq üçün Amerika hərbçilərinin Hindistan sərhədlərinə göndərilməsinin mümkünlüyünü bildirib.

SəhərAzəri yjc.ir-ə istinadla xəbər verir, Cümə axşamı ABŞ Dövlət katibi Mayk Pompeo Çinin Hindistana və Cənub-Şərqi Asiyaya qarşı sərhəd təhdidlərinə toxunaraq, həmin məsələnin ABŞ-ın Avropadakı qoşunlarını azaltmaq və həmin qüvvələrin Pekinin təhdidlərinə qarşı çıxmaq üçün Hindistanla Çin sərhədlərinə göndərilməsinin səbəblərindən biri olduğunu iddia edib.

Mayk Pompeo Brüssel iclasında deyib: "Çin Kommunist Partiyasının bu hərəkəti Hindistana və Vyetnam, İndoneziya, Malayziya, Filippin və Çin dənizi Cənubundakı ölkələrə qarşı bir təhlükə deməkdir"

Bundan əvvəl Pentaqon 35 min ABŞ əsgərinin Almaniyadan çıxarılacağını açıqlamışdı. Bəzi ABŞ rəsmiləri də qoşunların bir hissəsinin Polşaya göndərilməsinin istisna olamdığını bildirmişdilər.

Dünən bir Çin rəsmisi ölkənin şimali Ladax bölgəsinə minlərlə əsgər, artilleriya qurğusu və zirehli maşın göndərdiyini bildirib.

Dünən Hindistan və Çinin yüksək səviyyəli diplomatları bir video konfransda bölgədəki gərginliyi azaltmaq üçün səylərini artırmağa dayir razılaşma əldə ediblər. Ancaq son vaxtlar iki ölkənin münaqişəli bölgələrdəki hərəkətləri barədəki məlumatlar bunun əksini göstərir.

Teqlər