Ağ Ev Trampın irqçi tvitinin silinməsini əsaslandırmağa çalışır
https://azeri.sahartv.ir/news/dünya-i363895-ağ_ev_trampın_irqçi_tvitinin_silinməsini_əsaslandırmağa_çalışır
ABŞ prezidenti Donald Trampın Tvitter hesabında paylaşdığı irqçi məzmunlu videosunun silinməsi fonunda Ağ Ev bunu əsaslandırmağa çalışıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2020 09:16 Asia/Baku
  • Ağ Ev Trampın irqçi tvitinin silinməsini əsaslandırmağa çalışır

ABŞ prezidenti Donald Trampın Tvitter hesabında paylaşdığı irqçi məzmunlu videosunun silinməsi fonunda Ağ Ev bunu əsaslandırmağa çalışıb.

SəhərAzəri - CNN xəbər kanalının məlumatına görə, ABŞ prezidenti Donald Trampın Florida ştatında keçirilən ağdərililərin xüsusi mitinqində bir nəfərin irqçi şüarlar söylədiyi barədə paylaşdığı tvitin silinməsindən sonra  Ağ Evin mətbuat katibinin müavini Cudd Dier bunu əsaslandırarkən deyib: "Tramp bu videodakı sözü gedən şəxsin söylədiklərini eşitməyib".

Bu tvitin silinməsindən öncə, yeganə qaradərili respublikaçı senator Tim Skott deyib: "Trampın retvit etdiyi video təhqiramiz və izaholunmazdır".

Trampın iyunun 28-də öz Tvitter səhifəsində retvit etdiyi videonun bir hissəsində başında Tram tərəfdarlarının papağı olan ağdərili bir kişi amerikalı irqçi ağdərililərin istifadə etdiyi "Ağ güc" kəlməsini qışqırır.

Trampın bu tviti anti-rasizm fəallarının hiddətinə səbəb olub.

Bu naşıyana hərəkət həftələrdir ABŞ-ın müxtəlif şəhərlərini bürüyən irqi təlatümlər və irqçiliyə qarşı etirazlar dönəminə  təsadüf edib.