Putin Rusiya vətəndaşlarını Konstitusiya düzəlişlərinə səs verməyə çağırıb
Rusiya prezidenti Vladimir Putin ölkə əhalisinə müraciət edərək, onları Konstitusiya düzəlişlərinə səs verməyə çağırıb
SəhərAzəri APA-ya istinadla xəbər verir, prezident rusiyalıları Konstitusiyaya düzəlişlərə səs verməyə çağırıb.
O, hər bir fərdin səsinin vacib olduğunu qeyd edib: "Sabah - iyulun 1-i əsas səsvermə günüdür. Əziz dostlar, sizdən öz sözünüzü deməyinizi xahiş edirəm. Sizin hər birinizin səsi vacibdir”.
Dövlət başçısı səsvermənin bir neçə gündür, davam etdiyini xatırladıb. O, bu addımın insanların sağlamlığının qorunması üçün atıldığını vurğulayıb.
Ölkənin əsas qanununa dəyişikliklərlə bağlı mövqeyini xatırladan Putin bildirib ki, bu, dəqiq, dəyişilməz və tamamilə qəti mövqedir: “Təklif olunan bütün düzəlişlər ancaq sizin dəstəyinizlə qüvvəyə minəcək. Əminəm ki, Konstitusiyaya düzəlişlərə səs verərək rusiyalılar yaşamaq istədikləri ölkəyə səs verəcəklər”.