İyul 04, 2020 08:52 Asia/Baku
  • Almaniyada COVID-19-a yoluxanların sayı 196 mini ötdü

Almaniyada son bir gündə koronavirusa daha 422 yoluxma qeydə alınıb, virusdan 7 nəfər ölüb.

SəhərAzəri  "Report"-a istinadla xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyi ilə bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.

Qeyd edilir ki, Qərbi Avropa ölkəsində COVID-19-a ümumilikdə 196 096 yoluxma aşkarlanıb, epidemiyanın başlanğıcından koronavirusdan 9 010 pasiyent ölüb. Bununla yanaşı, virusa yoluxmuş təxminən 181,3 min insan sağalıb.

AFR-də təhlükəli virusa ən çox yoluxma halları Bavariyada qeydə alınıb. Burada 48 655 nəfərin koronavirus testinin nəticəsi müsbət olub. Eyni zamanda Şimali Reyn-Vestfaliyada 43 853 nəfər və Baden-Vürtemberqdə 35 807 COVID-19-a yoluxub. Berlində yoluxma ilə bağlı 8 393 hal aşkarlanıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Teqlər