İyul 07, 2020 09:29 Asia/Baku
  • MAQATE Avropanın şimalında radioaktiv maddələrin yayılmasına reaksiya verib

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bildirib ki, Avropanın şimalında müəyyən edilmiş, artan radioaktiv maddələrin miqdarı ehtimal üzrə fəaliyyət göstərən bir nüvə reaktoru ilə bağlıdır.

SəhərAzəri xəbər verir, Brüsseldə çap olunan «New Europe» qəzetinin məlumatına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bildiribdir ki, izotopların yüksək səviyyəsi ehtimal üzrə müəyyən miqdarda radioaktiv maddəni yaymaq imkanına malik olan/ fəaliyyət göstərən və ya təmir və saxlanılmaqda olan bir nüvə reaktoru ilə bağlıdır.

BMT-nin tabeliyində olan bu orqan sonra bildirib: Bu məsələnin nüvə yanacağı emal edən bir stansiya , istehlak olunmuş yanacaq hovuzu, yaxud da sənayedə və ya tibbdə istifadə olunan şüalarla əlaqəli olması mümkünsüzdür və bu maddələrin yayıldığı coğrafiyanın ilk nöqtəsi hələ ki, müəyyən edilməyibdir.

Hollandiyanın Ümumi Sağlamlıq Agentliyi cümə günü, ötən günlərdə Finlandiyanın bəzi hissələrində, həmçinin Cənubi və Şimali Skandinaviya bölgələrində radioaktiv izotopların artan səviyyəsinin aşkar edilməsindən xəbər verib.

Bu holland orqan bildiribdir ki, radioaktiv miqdarının bu artımı Rusiyanın qərb tərəfindən olubdur, amma Moskva dərhal öz nüvə stansiyalarından birinin yanacaq qurğusunun ziyan çəkməsi ehtimalı və gümanını rədd edibdir.

Teqlər

Şərhlər