İyul 07, 2020 12:29 Asia/Baku
  • ABŞ-ın

ABŞ polisinin zorakılığına qarşı etirazların geniş vüsət aldığı bir şəraitdə, Corciya ştatının icra başçısı ərazidə etirazçılara qarşı 1000 milli qvardiya qüvvəsinin yerləşdirildiyini bildirib.

SəhərAzəri Fars xəbər agentliyinə istinadla xəbər verir, Minnesota ştatının Minneapolis şəhərində 46 yaşlı afroamerikalı “Corc Floyd”-un irqşi polis əməkdaşları tərəfindən öldürülməsindən sonra geniş vüsət almış etirazların ardınca, 
Corciya ştatənən icra başçısı Brayan Kamp həmin ştatda baş alıb gedən iğtişaşlarla qarşılaşmaq üçün Milli Qvardiya əsgərindən 1000 nəfərin hazır vəzəyyətə gətirilməsinə dayir göstəriş verib. 

Rusiyanın Raşatodey kanalının məlumatına görə, Corc Floydun öldürülməsindən sonra ABŞ-dakı ümumxalq etirazlarının genişlənməsi nəticəsində, bəzi qəzəbli etirazçılar, Corciya ştatının mərkəzi Atlanta şəhərinin polis idarələrinə hücum edib və atışmalar artmışdır.

Məlumata görə Brayan Kamp deyib: “Dinc etirazlar təhlükəli və dağıdıcı hərəkətlər edən cinayətkarlar tərəfindən sui istifadələrə yol açıb. Corciyanın günahsız əhalisi indi hədəfə alınır, güllələnir və öldürülür. Bu qanunsuzluqlar dayanmalı və asayış Corciyanın mərkəzinə (Atlanta) qayıtmalıdır."


Qey edık ki, ABŞ-ın Müstəqillik Günü ilə eyni zamanda və həftə sonu Atlanta şəhərində baş verən insidentlərdə ən azı dörd nəfər, o cümlədən səkkiz yaşlı bir qız uşağı öldürülüb.
 

Teqlər

Şərhlər