İyul 09, 2020 10:37 Asia/Baku
  • Daşkənddə bir toyda 79 adam koronavirusa yoluxub

Özbəkistanın paytaxtı Daşkənddə toy edən bir ailə onlarla insanın COVID-19-a yoluxmasına səbəb olub.

SəhərAzəri AZƏRTAC-a istinadla xəbər verir ki, toya çağırılan 90 qonağın 79-u koronavirusa yoluxub.

Qeyd edək ki, Özbəkistanda koronavirusla bağlı toy və digər ailə şənliklərinə 30 adamdan artıq qonağın çağırılması qadağandır. Buna görə də, toy sahibi eyni məclisi üç dəfə keçirmək qərarına gəlib.

Teqlər